Avronun məzənnəsi 30 aylıq maksimuma yüksəlib
Digər
27 İyul 2017 14:01

Avronun məzənnəsi 30 aylıq maksimuma yüksəlib


Bakı. 27 iyul. REPORT.AZ/ ABŞ dolları əsas rəqibi olan avro ilə müqayisədə məzənnəsi son 30 ilin maksimum səviyyəsinə qədər ucuzlaşaraq, 1,1777 USD/EUR-a çatıb. "Report" xəbər verir ki, buna səbəb dünən ABŞ Federal Ehtiyat Sisteminin (FED) keçirdiyi növbəti iclasında uçot dərəcəsini artırmaması və balansını azaltmağa başlaması ilə bağlı konkret vaxtı bildirməməsi amilləri olub. 
Qeyd edək ki, FED-in növbəti iclası sentyabrın 19-20-da keçiriləcək. Bu tarixə qədər, avqustun 24-26-da ABŞ-ın Cekson Hol (Jackson Hole) kurort şəhərciyində dünya mərkəzi banklarının rəhbərlərinin sammitində monetar sərtləşdirmə ilə bağlı önəmli açıqlamaların verilməsi mümkündür. 
"Report"un analitik qrupu avqustun əvvəlindən etibarən dolların yüksəlməyə başlayacağını proqnozlaşdırırlar: "Lakin yüksəlişın qısamüddətli olacağı gözlənilir. Dolların zəifləməsi ABŞ iqtisadiyyatına müsbət təsir göstərdiyinə görə, bunun bir müddət davam etməsi və məzənnənin yaxın 6-9 ay ərzində 1,15-1,20 USD/EUR diapazonunda dalğalanacağı ehtimal edilir. 2018-ci ilin ilk rübündən etibarən isə ABŞ iqtisadiyyatının güclənməsi və inflyasiyanın 2% - hədəf səviyyəsinə yaxinlaşması ilə dolların sürətlə güclənməsi gözlənilir".
"Gələn ildən etibarən FED-in uçot dərəcəsini daha sürətlə və iri addımlarla artıracağı, balansını daha sürətlə azaldacağı ehtimal edilir. FED-in 2019-cu ilin ortalarına qədər uçot dərəcəsini 3-3,5%-ə çatdıracağı proqnozlaşdırılır", - deyə Agentliyin analitikləri qeyd ediblər. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08