Fabrikində partlayış olan deputat 1 milyonluq mənzillərini istəyir
Ölkə
27 İyul 2017 14:34

Fabrikində partlayış olan deputat 1 milyonluq mənzillərini istəyir


Deputat İqbal Məmmədov 1 milyonluq mənzilləri üçün Xətai rayon Məhkəməsinə müraciət edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, deputat iddia ərizəsində qeyd edib ki, 2008-ci ildə "STS" şirkətinə 654 min dollar ödəyərək F.Bayramov küçəsində yerləşən 24 mərtəbəli binadan 2-si üçotaqlı, 1-i dördotaqlı olmaqla 3 mənzil alıb. İ.Məmmədov əlavə edib ki, hətta 7940 dollar da borcu qalıb. 

Azərbaycanda fabrikdə PARTLAYIŞ - ölən və yaralananlar var - ADLAR - YENİLƏNİB

Onun pulu ödədiyi "STS" şirkətinin rəhbərliyi binanın tikintisini başa çatdıra bilməyib və həbs ediliblər. Sonradan isə "Sahil-D Company" şirkəti tikintini davam etdirib və mənzilləri satışa çıxarıb. Həmin 3 mənzili "Sahil-D Company" şirkəti Şakir Məmmədov, Sərdar Əliyev və Əliağa Məmmədova satıb. Adıçəkilən şəxslər hazırda həmin mənzillərdə yaşayırlar.

Deputat İqbal Məmmədov isə məhkəmədən tələb edir ki, onun "STS" şirkəti ilə bağladığı müqavilə "Sahil-D Company" şirkəti ilə bağlanmış hesab edilsin və mənzilllər boşaldılaraq ona qaytarılsın. Bu təqdirdə, qalan borcunu da ödəməyə hazır olduğunu bildirib.

Hakim Səadət Səlimova deputat İqbal Məmmədovun iddiasını rədd edib. Qərara görə, deputat pulunu "STS"dən tələb etməlidir. İ.Məmmədov narazı qalıb və qərardan apellyasiya şikayəti verib.

O, eyni zamanda Nərimanov rayon məhkəməsinə də müraciət edib. Adıçəkilən şirkətlərin hüquqi ünvanı bu rayondadır. Proses hakim Abbas Əliyevin icraatında avqustun 8-də başlayacaq.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 22 yanvar

Astroloji proqnoz - 22 yanvar

22 Yanvar 2018 00:08
Astroloji proqnoz - 21 yanvar

Astroloji proqnoz - 21 yanvar

21 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 27 dekabr

Astroloji proqnoz - 27 dekabr

27 Dekabr 2017 00:08