ABŞ-dan sürpriz açıqlama: "Çevriliş etməyi planlaşdırırıq"
Dünya
27 İyul 2017 14:34

ABŞ-dan sürpriz açıqlama: "Çevriliş etməyi planlaşdırırıq"


Dünyada baş verən hərbi çevrilişlərin ardından gündəmə gələn "MKİ barmağı" iddiası tarixdə ilk dəfə olaraq rəsmi mənbələr tərəfindən təsdiqlənib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, MKİ direktoru Mayk Pompeo Venesuelada Nikolas Maduro hökumətini hakimiyyətdən uzaqlaşdırmaq üçün qonşu ölkələrlə təmasda olduqlarını bildirib.

Bəzi araşdırmaçı və tarixçilərin fikrinə görə, ABŞ ölkələrin daxili işlərinə hiss olunmayacaq dərəcədə qarışır. Xüsusilə də Cənubi Amerikada Çilidən Nikaraquaya, Argentinadan Haitiyə qədər bir çox ölkədə hökumətləri ABŞ-ın dəyişdirdiyi iddia edilir. Bu gün ABŞ kəşfiyyatının bir nömrəli şəxsi açıqlama verərək ABŞ-ın Cənubi Amerikadakı təsirini ortaya qoydu.

MKİ direktoru Mayk Pompeo ABŞ-ın Venesuelada seçilmiş hökuməti devirmək üçün fəaliyyət apardığını etiraf edib. Pompeo Venesualada Maduro hökumətini devirmək üçün iki ölkə ilə təmasda olduğunu bildirib: "Venesuelada bir keçid dövrü olacağına və MKİ-nin oradakı vəziyyəti anlamasına ümid edirəm".

Pompeo Mexiko Siti və Boqotada görüşlərdə olduğunu söyləyib. İngiltərə mətbuatı isə MKİ-nin bir nömrəli şəxsinin bu açıqlamaları "Aspen İnstitute" adlı bir düşüncə qurumunun tədbirində söylədiyini bildirib.

Meksika və Kolumbiya ilə əməkdaşlıq etdiyini qeyd edən Pompeo "Ötən həftə Mexiko Siti və Boqotada idim. Onlarla bu mövzunu müzakirə etdik. Vəziyyəti və edəcəkləri həmlənin həm özlərinə həm də bizim üçün nə qədər faydalı olacağını başa saldım" - deyib.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08
Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08