Arzulanan və arzuolunmaz Avropa Liqası perspektivi
İdman
27 İyul 2017 14:44

Arzulanan və arzuolunmaz Avropa Liqası perspektivi


Avqustun 4-də Avropa Liqasının pley-off mərhələsinin püşkü atılacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, hələ III təsnifat mərhələsinə start verilməsə də növbəti püşklə bağlı müəyyən təxminlər mövcuddur.

Söhbət komandaların Nyondakı tədbirdə yer alacağı səbətlərdən gedir. Düzdür, hələ püşkdə iştirak edəcək 48 komandadan heç biri bəlli deyil. Amma namizədlərin siyahısı ehtimallar üçün əsas verir.

Bəri başdan vurğulayaq ki, qitənin ikinci dərəcəli klub turnirinin pley-offuna qatılacaq komandalardan 33-ü III təsnifat mərhələsinin qalibləridi. Digər 15 komanda isə Çempionlar Liqasında üçüncü raundun məğlubları olacaq.

Bu isə o deməkdir ki, avrokuboklarda mübarizəni davam etdirən hər iki Azərbaycan klubunun burada oynaması mümkündü. "48-liy"ə düşə biləcək "Qəbələ"nin Yunanıstan "Panatinaikos"unu keçməsi uğur sayılacaq. Amma "Qarabağ"ın burada yer alması arzuolunmaz və uğursuz haldı. Çünki Moldova "Şerif"i ilə üz-üzə gələn çempionumuzu qitənin ən nüfuzlu klub turnirində qalması daha arzulanandır.

Ancaq "şər deməsən, xeyir gəlməz" məsəlini xatırlayıb, "Qarabağ"ın "Şerif" səddinə ilişməsi variantını nəzərdən keçirək. UEFA reytinqində əmsalı 18,050-yə bərabər olan ağdamlılar Avropa Liqasının pley-offunda səpələnmiş olmalıdı. Çünki onların nəticəsi bu turnirin 21-cisi olmaq imkanı verir. Amma bir məsələ var ki, "Qarabağ"la birgə Çempionlar Liqasında mübarizə aparan digər 14 cütün favoritləri büdrədikcə təmsilçimiz geriləyəcək. "Şerif" və daha 4 belə sensasiya ağdamlıları səpələnməmiş edəcək.

Yunanıstan klubunu keçməsi isə "Qəbələ"yə çətin rəqib vəd edir. 7,800 əmsala malik vitse-çempionumuz pley-offda ən aşağı reytinqlilərdən olacaq. Təmsilçimiz inandırıcı görünən "48-lik"də 42-ci yerdədi. Yalnız qarşılaşmaların yarıdan çoxunda sensasiya alınması real görünməyəni - daha yüksək səbəti mümkün edər. Qrupa qədər irəliləyəcəyi halda isə Roman Qriqorçukun yetirmələri zəiflər səbətində olacaq.

Avropa Liqası ilə vağlı daha bir məqama baxmaq mümkündür. Qurban Qurbanovun yetirmələri Moldova klubunu keçib, daha güclü rəqiblə Çempionlar Liqasının pley-offunda oynasa və uduzsa ikinci dərəcəli turnirin qrupuna yollanacaq. Sensasiyaları kənara qoysaq və bütün cütlərdə favoritlərin qalıb gəldiyini fərz etsək, çempionumuz qrupun püşkündə sonuncu səbətdə deyil, ilk dəfə 3-cüdə qərarlaşacaq. Burada "Marsel", "Frayburq", "Herta", "Lokomotiv" və Zaqreb "Dinamo"su kimi komandaların olması ehtimalı böyükdü. Bu da onlarla eyni qrupdan qaçmaq, 4-cü səbətdən zəif rəqib əldə etmək imkanıdır.

Qeyd edək ki, Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları bu gün keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 19 avqust

Astroloji proqnoz - 19 avqust

19 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13