Kamran Ağayev Çexiya klubu ilə müqavilə bağladı
İdman
27 İyul 2017 14:44

Kamran Ağayev Çexiya klubu ilə müqavilə bağladı


Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev Çexiyanın "Mlada Boleslav" klubu ilə müqavilə bağlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, 31 yaşlı qolkiper 1+1 illik sözləşməyə imza atıb.
Mlada Boleslav şəhərinin eyni adlı təmsilçisi artıq yığma üzvünü Avropa Liqasının III təsnifat mərhələsində Albaniyanın "Skenderbeu" ilə görüşlər üçün sifariş edib.

O, yeni komandasında 30 nömrəli forma geyinəcək.

Qeyd edək ki, Kamran Ağayev son mövsümü Portuqaliyanın "Boavişta" klubunda keçirib. O, bu il aprelin 17-də Portuqaliya təmsilçisi ilə müqaviləsini pozub.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 19 avqust

Astroloji proqnoz - 19 avqust

19 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13