"Mən Tarzanam" - Polisin şəhərdə saxladığı çılpaq şəxs - FOTO
Dünya
27 İyul 2017 14:44

"Mən Tarzanam" - Polisin şəhərdə saxladığı çılpaq şəxs - FOTO


Antalyada gecə saatlarında üzərində yalnız alt paltarları olduğu halda yolda qaçarkən tutulan və özünü "Tarzan" olaraq təqdim edən 30 yaşlı Səbri Ü. polisləri çətin vəziyyətdə qoyub.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Səbri Ü.-dən ünvanı soruşulunca: "Mən ağacda yaşayıram, mən Tarzanam" , - cavabını verib.

Polis ondan spirt və ya narkotik qəbul edib-etmədiyini soruşduğu zaman Səbri Ü. and içərək heç bir şey istifadə etmədiyini bildirib. Daha sonra bir müddət polisin suallarına cavab verməkdən imtina edib, altında oturduğu ağacın təpəsini işarət barmağıyla göstərməklə kifayətlənib.

Təcavüzkar xarakterli davranışları ilə diqqət çəkən Səbri Ü.-nü sakitləşdirmək üçün təcili yardımdan kömək istənilib. 1 saat müddətində təcili yardıma minmək istəməyən Səbri Ü. Antalya təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Səbri Ü. sakitləşdirici verildikdən sonra səhər saatlarında xəstəxanadan buraxılıb. Səbri Ü.-nün sərbəst buraxıldığı deyilir.

Məhəmməd Vaqif

Milli.Az






loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13