Bu gün böyük müharibə BAŞLAYA BİLƏR - ABŞ-dan XƏBƏRDARLIQ
Dünya
27 İyul 2017 14:48

Bu gün böyük müharibə BAŞLAYA BİLƏR - ABŞ-dan XƏBƏRDARLIQ


Şimali Koreya 27 iyul “Koreya müharibəsi”nin ildönümü günü ballistik raket sınağı keçirə bilər.

Publika.az
xəbər verir ki, bu barədə Avstraliyanın xarici işlər naziri Julie Bishop deyib.

Onun sözlərinə görə, bu haqda ciddi mənbələrdən məlumat əldə ediblər və sınaq məhz bu gün – 27 iyulda baş tuta bilər.

Pentaqonda adını açıqlamayan yüksəkvəzifəli hərbiçilərdən biri Şimali Koreyanın Kusong bölgəsində maşınların ballistik raketləri daşıdığı haqda məlumata malik olduqlarını açıqlayıb.

Qeyd edək ki, sonuncu dəfə raket sınağını iyulun 4-də keçirib. Hazırda dünyanın diqqəti Koreya yarımadasındadır. Çünki bölgə ölkələri, həmçinin, ABŞ Şimali Koreyanın raket sınaqlarını böyük təhlükə olaraq qəbul edirlər. Gözləntilərə görə, Pxenyan rejimi bu gün sınaq həyata keçirsə, Koreya yarımadasında gərginlik pik həddinə çata bilər.

Asif

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13