“Bank Standard”ın Kreditorlar Komitəsinin növbəti iclası keçirilir
İqtisadiyyat
27 İyul 2017 15:36

“Bank Standard”ın Kreditorlar Komitəsinin növbəti iclası keçirilir


Bakı. 27 iyul. REPORT.AZ/ Bu gün ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin növbəti iclası keçirilir.
“Report” xəbər verir ki, toplantı Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanası Fondunun (ADIF) Bakı şəhəri, Xətai rayonu, Babək prospekti,16 ünvanında yerləşən inzibati binasında təşkil olunub.
İclasda Komitənin sədri, hüquqşünas Əkrəm Həsənov, “Bank Standard”ın təxminən 40 kreditoru, eləcə də ADIF-in əməkdaşları iştirak edirlər. İclasın katibi Xəzər Universitetinin İnkişaf Mərkəzinin rəhbəri Raziyə İsayeva isə üzrlü səbəbdən toplantıya qatılmayıb. Buna görə də, onu müvəqqəti olaraq Bankın kreditoru olan “Qala Həyat Sığorta” ASC-nin Hüquq Departamentinin direktoru Süleyman Zeynallının əvəz etməsinə qərar verilib.
Bundan sonra Ə.Həsənov bildirib ki, budəfəki iclasda “Bank Standard”la bağlı ölkə rəhbərliyinə müraciət etmək nəzərdə tutulsa da, bu məsələ təxirə salınacaq: “Çünki bəzi məlumatlar bizdə hələ də yoxdur, bəzi sənədlərlə tanış olmağa, əlavə sorğular göndərməyə ehtiyac var, odur ki, dövlət başçısına müraciət ünvanlamağımız hələ ki, alınmır”.
Onun sözlərinə görə, Bankın ləğv planı Kreditorlar Komitəsinin qane etmədiyi üçün ona dəyişiklik edilməsi məqsədi ilə Ali Məhkəməyə müraciət olunub: “Əgər məhkəmə iddiamızı təmin etməsə, onda bu plan istənilən halda qüvvəyə minəcək, amma hələ ki, qüvvədə deyil”.
İclas davam edir. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 15 avqust

Astroloji proqnoz - 15 avqust

15 Avqust 2017 00:13
Adriana Limadan şok etiraf

Adriana Limadan şok etiraf

10 Avqust 2017 15:02
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13