Siyasi şərhçinin şortu ölkəni bir-birinə qatdı
Digər
27 İyul 2017 15:53

Siyasi şərhçinin şortu ölkəni bir-birinə qatdı


“Əl-Cəzirə” telekanalı ilə canlı bağlantı yaradan iordaniyalı siyasi analitik bir anda hər kəsin gülüş hədəfinə çevrilib.

Publika.az xəbər verir ki, qurşaqdan yuxarı rəsmi geyim, aşağı isə şort geyinən Macid Asfur ölkə gündəmində ən çox müzakirə edilən insan olub.

İsrailin Əmmandakı səfirliyində iki İordaniya vətəndaşının öldürülməsi ilə bağlı mövzunu şərh etmək üçün canlı yayıma bağlanan Macid havanın istiliyinə dözə bilməyib. O, ekranda rəsmi görünmək üçün sadəcə klassik köynək, pencək və qalstuk geyinib. Atasının canlı yayımda olduğu müddətdə videosunu çəkən oğlu Manaf onun geyim hiyləsini hər kəsə nümayiş etdirib.

Çəkilən görüntünü bir dostuna göndərməsi, onun da həmin videonu sosial şəbəkədə paylaşmasından sonra video izlənmə rekordu qırıb. 20 ildir siyasi şərhçi kimi fəaliyyət göstərməsinə rəğmən, M.Asfur ilk dəfə bu video ilə şöhrətə çatıb.

Zümrüd

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 15 avqust

Astroloji proqnoz - 15 avqust

15 Avqust 2017 00:13
Adriana Limadan şok etiraf

Adriana Limadan şok etiraf

10 Avqust 2017 15:02
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13