Saçyolduya çıxdığı deyilən aparıcı: "Əsassız danışırlar"
Şou-Biznes
27 İyul 2017 16:04

Saçyolduya çıxdığı deyilən aparıcı: "Əsassız danışırlar"


"Space TV"də xəbərlər xidmətinin aparıcısı ilə rejissor arasında əlbəyaxa dava olması ilə bağlı xəbərlər yayılıb. 

Milli.Az bildirir ki, azxeber.com-a danışan xəbərlər xidmətinin xanım aparıcısı Günel Mövsümova Aynur adlı rejissorla saçyolduya çıxması ilə bağlı xəbərlərə aydınlıq gətirib. O hazırda məzuniyyətdə olduğunu bildirib:

"Bu cür hadisə yaşanmayıb. Mənim haqqımda əsassız danışırlar. Hazırda məzuniyyətdəyəm. Məzuniyyətim bitən kimi də işə çıxacam". 

Qeyd edək ki, bizimyol.info saytının bu gün yayımladığı xəbərdə xanım aparıcısı Günel Mövsümova ilə rejisssor Aynur (soyadını dəqiqləşdirə bilmədik) arasında efir zamanı problem yaşandığı yazılıb. Efir qurtardıqdan sonra isə tərəflər arasında dava əlbəyaxa, saçyoldu səviyyəsinə qalxıb.

Televiziyanın əməkdaşlarının və mühafizəçilərin köməkliyi ilə sakitləşdirilən xanım aparıcı ilə rejissor daha sonra kanal daxilində etik qaydaları pozduqları üçün işdən qovulublar.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 24 yanvar

Astroloji proqnoz - 24 yanvar

24 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 27 dekabr

Astroloji proqnoz - 27 dekabr

27 Dekabr 2017 00:08