Ermənistan ordusunda neqativ halların sayı artır
Dünya
27 İyul 2017 16:06

Ermənistan ordusunda neqativ halların sayı artır


Bakı. 27 iyul. REPORT.AZ/ Son zamanlar Ermənistan ordusunda neqativ halların sayının artması müşahidə olunur. 
"Report"un məlumatına görə, bir müddət əvvəl Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən hərbi hissələrin (motoatıcı alaylar) birində müddətli hərbi xidmət keçən üç hərbi qulluqçu arasında əlbəyaxa dava ilə nəticələnən münaqişə baş verib. Münaqişəyə səbəb kimi zabitlərin laqeyd münasibəti nəticəsində əsgərlər arasında “dedovşina” hallarının artması göstərilir.
Belə ki, qeyd edilən alayın rabitə bölüyündə xidmət keçən əsgərlər Rubik Avakyan və Serik Gevorkyan həmin bölükdə xidmət edən digər əsgər, Ermənistan hərbi komissarlığından hərbi xidmətə çağırılan Karen Akopyana dəfələrlə təzyiq göstərərək onların “botinka”larını təmizləməyi tələb etmişlər.
Bu barədə Karen Akopyanın qohumu Artur Amatuni özünün "facebook" səhifəsində məlumat paylaşıb. O bildirib ki, Karen əsgər yoldaşlarının tələbini yerinə yetirməkdən imtina edərkən Rubik və Serik onu istifadəyə yararsız olan radiostansiyanın ehtiyat hissələri ilə döyərək bədən xəsarətləri yetiriblər. Aldığı zərbələrdən biləyi sınan K.Akopyan hospitala yerləşdirilib.
Digər hadisə isə Talış kəndi ətrafında yerləşən hərbi hissədə baş verib. Ovanes Minasyan adlı sosial şəbəkə istifadəçisi öz "facebook" səhifəsində paylaşdığı məlumatda bildirib ki, onun yaxın dostunun xidmət etdiyi hərbi hissədə 6 hərbi qulluqçu arasında nizamnamədən kənar münasibətlər zəminində kütləvi dava baş verib. Dava nəticəsində müxtəlif bədən xəsarətləri alan 4 hərbçi hospitala yerləşdirilib.
Ermənistan ordusunda nizamnamədən kənar münasibətlərin sayının artmasını təsdiq edən digər paylaşımı isə sosial şəbəkə vasitəsilə Qurgen Petrosyan adlı istifadəçi edib. O bildirib ki, Dağlıq Qarabağ ərazisindəki hərbi hissələrdən birində xidmət edən dayısı oğlu kapitan Edik Poğosyan komandanlığın ona qarşı qərəzli münasibətindən bezərək dəfələrlə tərxis olunmaq istəsə də, buna nail olmayıb. Məhz bu səbəbdəndir ki, o, artıq üçüncü dəfədir hərbi hissəni özbaşına tərk edərək Yerevana qaçıb. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13