AzMİU-nun tələbə və müəllim heyəti Türkiyədə elmi - praktiki səfərdədir
Ölkə
27 İyul 2017 16:34

AzMİU-nun tələbə və müəllim heyəti Türkiyədə elmi - praktiki səfərdədir


Azərbaycan Memarlıq və İnşaat Universitetinin nümayəndə heyəti bir qrup tələbə ilə birlikdə təcrübə mübadiləsi məqsədi ilə Türkiyəyə səfər edib.

Milli.Az xəbər verir ki, AzMİU-da bir neçə ildir ki, ənənə halını alan tələbələrin elmi praktiki səfərləri  Rektor Gülçöhrə Məmmədovanın təşəbbüsü ilə ərsəyə gəlir. Universitet rəhbərliyi tez - tez belə səfərlərin baş tutmasına və tələbələrin əlavə biliklərə yiyələnməsinə xüsusi diqqət göstərir.

Budəfəki səfərə isə universitet şəhərciyinin direktoru, Texnika üzrə fəlsəfə doktoru, dosent Aqşin Kərimov, Beynəlxalq Əlaqələr Şöbəsinin müdir müavini Könül Şirinova və bir qrup tələbə yollanıb.  Artıq 10 gündür ki,  AzMİU-nun tələbə və müəllim heyəti  İstanbulda geniş şəkildə praktika dərslərdə iştirak edib, birgə layihələrin icrasını müzakirə edib.

AzMİU-nun tələbə və müəllim heyətini öz sahəsində dünyaca məşhur "İstanbul Su-Kanalizasiya İdarəsi"nin (İSKİ) direktor müavini Metin Akbaş, Layihə İdarə Etmə müdiri Bilal Toprak,  Araşdırma və Planlama Mərkəzi müdiri Bilge Büdeyri, Strateji Planlama şövbə müdiri Ramazan Oruç xüsusi olaraq qarşılayıb.

Səfər çərçivəsində tələbələr İstanbul şəhərində "Təmiz Su Mikrobioloji Laboratoriyası", "Su Təmizləmə Dairəsi" və "Kağız Emalı Zavodu"nda olublar. Tələbələr burada mühəndis kommunikasiya sistemlərinin  quruluşu, su təmizləyici qurğuların işlənmə mexanizmini mənimsəyərək bilik və bacarıqlarını daha da  inkişaf etdiriblər.

Hazırda AzMİU-nun nümayəndə heyətinin Türkiyədə səfəri davam edir. Səfər çərçivəsində Türkiyənin digər dünyaca məşhur mühəndislik universitet və idarələrində görüşlər davam edəcək.

Milli.Az





loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
İranda zəlzələ olub

İranda zəlzələ olub

18 Fevral 2018 10:41
Astroloji proqnoz - 13 fevral

Astroloji proqnoz - 13 fevral

13 Fevral 2018 00:08
Astroloji proqnoz - 15 fevral

Astroloji proqnoz - 15 fevral

15 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08