"Dövlətin ayırdığı 115 mln. manatın hara getdiyi məlum deyil"
Ölkə
27 İyul 2017 16:54

"Dövlətin ayırdığı 115 mln. manatın hara getdiyi məlum deyil"


"Ləğvetmə prosesində olan "Bank Standard" QSC-nin lisenziyası ləğv olunmazdan öncə bankın sağlamlaşdırılmasına dövlət büdcəsindən 115 mln. manat ayrılıb, amma bu pulun hara getdiyi məlum deyil".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu bankın bu gün keçirilən Kreditorlar Komitəsinin iclasında qurumun sədri Əkrəm Həsənov deyib.

"Ötən ilin may ayında "Bank Standard"ın sağlamlaşdırılmasına başlandığı elan olunub və ilkin mərhələdə Banka 15 mln. manat verilib. Növbəti mərhələdə isə Bankın menecmenti 100 mln. manat alıb. Bu pullar fiziki və hüquqi şəxslərin borcunun ödənilməsinə, eləcə də dövlət büdcəsi qarşısındakı öhdəliklərin yerinə yetirilməsinə yönəldilməli idi. Amma "Bank Standard"ın ləğvetmə planında bununla bağlı ətraflı məlumat verilməyib. Həmin 115 mln. manatla kimlərin pulunun ödənildiyi, necə xərcləndiyi məlum deyil. Bu qədər pul ayrılmasına baxmayaraq, Bankın öhdəlikləri azalmayıb, olduğu kimi qalıb", - o qeyd edib.

Komitə sədri həmçinin bildirib ki, "Bank Standard"ın ləğv edilməsi ilə məşğul olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) bununla bağlı illik xərci 3 mln. manat nəzərdə tutulub: "Bu pulun isə 70%-i işçilər üçün nəzərdə tutulub. Məncə, Fond nə qədər işçisi olması, onlara nə qədər maaş verilməsi ilə bağlı Komitəyə məlumat verməlidir. Çünki həmin pul "Bank Standard"ın əmlakından çıxır. Bəlkə ADIF-də əmək haqları həddindən çox yüksək məbləğdə müəyyən edilib? Özü də bu qurumun büdcəsini Maliyyə Bazarlarına Nəzarət Palatası müəyyən edir. Palatanın isə rəhbər şəxslərinin fantastik məbləğdə maaş alması barədə söz-söhbt var. Məsələn, qurumun Direktorlar Şurasının sədrinin ayda 65 min maaş aldığı deyilir. Bəlkə ADIF-də də belədir? Bütün bu məsələlərə aydınlq gətirilməlidir".
İclas davam edir. 

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 19 avqust

Astroloji proqnoz - 19 avqust

19 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13