Qətərin Azərbaycandakı səfiri "Report" agentliyində olub
Ölkə
27 İyul 2017 17:06

Qətərin Azərbaycandakı səfiri "Report" agentliyində olub


Bakı. 27 iyul. REPORT.AZ/ Qətərin Azərbaycandakı səfiri Yusef Hassan Al-Saai "Report" İnformasiya Agentliyinin ofisində olub.
"Report" xəbər verir ki, səfir əvvəlcə agentliyin kollektivi ilə tanış olub, iş prosesi ilə maraqlanıb.
Sonra səfir agentliyin baş redaktoru Murad Əliyevlə görüşüb və agentliyin fəaliyyəti və gələcək planları haqqında məlumatlandırılıb.
Bundan başqa, M.Əliyev iki ölkə jurnalistlərinin məlumat mübadiləsi aparmasının vacibliyini, həll olunmamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin operativ şəkildə dünya ictimaiyyətinə çatdırılmasının önəmini vurğulayıb.
Öz növbəsində, səfir Al-Saai bildirib ki, "Report" agentliyi tərəfindən dərc edilən xəbərləri daim izləyir. O, qeyd edib ki, agentlik cavan olmasına baxmayaraq Azərbaycanın media bazarında aktiv fəaliyyət göstərir.
Bundan başqa, səfir Azərbaycan və Qətərin ikitərəfli münasibətlərinin vəziyyəti barədə ətraflı məlumat verib, Qətərin Fars Körfəzinin ərəb ölkələri tərəfindən blokadasının səbəbləri və nəticələri barədə danışıb.









loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Mazolu bir gündə sağaldan

Mazolu bir gündə sağaldan

21 Avqust 2017 18:02
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08