Azərbaycan Beynəlxalq Bankı "Visa" kartları ilə ödənişlərin həcminə görə liderdir
İqtisadiyyat
27 İyul 2017 17:21

Azərbaycan Beynəlxalq Bankı "Visa" kartları ilə ödənişlərin həcminə görə liderdir


Bakı. 27 iyul. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC 2017-ci ilin ilk rübündə "Visa" ödəniş kartları ilə aparılan nağdsız əməliyyatların həcminə görə lider olub. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, bu münasibətlə Bank “Visa International” şirkətinin xüsusi sertifikatına layiq görülüb. Bank sektoru nümayəndələrinin, “Visa”nın tərəfdaşlarının iştirakı ilə keçirilən görüş-seminarda mükafat ABB-yə təqdim olunub.
Xatırladaq ki, ABB nağdsız ödəniş ənənələrini ilk dəfə Azərbaycana gətirən və bu ənənələrin daim inkişafına dəstək verən banklardandır. Aktiv ödəniş kartlarının sayı hazırda 1,3 mln.-dan çox olan Bankın 760 ATM-i fəaliyyətdədir. Bu, Azərbaycanda ən böyük ATM şəbəkəsidir. Bundan başqa, müxtəlif ticarət və xidmət mərkəzlərində ABB-nin 11 650 POS-terminalı müştərilərin istifadəsindədir.
Elektron xidmət infrastrukturunu inkişaf etdirməklə ABB Azərbaycanda nağdsız ödənişlərin genişlənməsinə töhfə verməyə çalışır. “Visa PayWave” və “Mastercard PayPass” ödəniş texnologiyalarını dəstəkləyən təmassız ödəniş kartlarını ölkəmizdə ilk dəfə olaraq məhz ABB tətbiq etməyə başlayıb.
Eyni zamanda, “Visa International” şirkəti ilə müştərək şəkildə müştərilər üçün “Sıfır məsuliyyət” (Zero liability) siyasətinin Azərbaycanda ilk dəfə tətbiqi də məhz ABB-yə məxsusdur.
Xatırladaq ki, ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin www.facebook.com/azerbaycanbeynelxalqbanki səhifəsindən əldə etmək olar. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13