Elmar Məmmədyarov Cavan Mesnardı qəbul etdi
Ölkə
27 İyul 2017 17:24

Elmar Məmmədyarov Cavan Mesnardı qəbul etdi


Elmar Məmmədyarov ABŞ-ın Arizona ştatının Nümayəndələr palatasının spikeri Cavan Mesnardı qəbul edib.

XİN-in mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, görüşdə Azərbaycan - ABŞ münasibətləri, habelə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Cavan Mesnard Azərbaycana ilk dəfə səfər etdiyini qeyd edərək öz yüksək təəssüratlarını bölüşdü. O, təmsil etdiyi Arizona ştatının kənd təsərrüfatı və yüksək texnologiyalar sahəsində əldə etdiyi uğurlardan danışıb.

Nazir Elmar Məmmədyarov ABŞ-ın ayrı-ayrı ştatları, o cümlədən Arizona ştatı ilə birbaşa təmasların qurulması və əməkdaşlığın inkişaf etdirilməsinin hər iki tərəfin maraqlarına cavab verdiyini deyib. O, yüksək texnologiyalar, kənd-təsərrüfarı, turizm, mədəniyyət və digər sahələrdə Azərbaycan və Arizona ştatı arasında əməkdaşlıq üçün əlverişli imkanların olduğunu qeyd edib.

Azərbaycanın multikulturalizm ənənələrindən danışan Nazir əsrlər boyu Azərbaycanda müxtəlif dini icmaların sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığını bildirib.  

Görüşdə, həmçinin, ABŞ-ın yerli qanunverici orqanları ilə əlaqələrin inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. 

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 19 fevral

Astroloji proqnoz - 19 fevral

19 Fevral 2018 00:48
Astroloji proqnoz - 20 fevral

Astroloji proqnoz - 20 fevral

20 Fevral 2018 00:03
Astroloji proqnoz - 15 fevral

Astroloji proqnoz - 15 fevral

15 Fevral 2018 00:08
Astroloji proqnoz - 14 fevral

Astroloji proqnoz - 14 fevral

14 Fevral 2018 00:38
Astroloji proqnoz - 16 fevral

Astroloji proqnoz - 16 fevral

16 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08