SOCAR Ukraynanın TOP-3 qaz idxalçıları sırasına daxil olmağı planlaşdırır
İqtisadiyyat
27 İyul 2017 17:26

SOCAR Ukraynanın TOP-3 qaz idxalçıları sırasına daxil olmağı planlaşdırır


Kiyev. 27 iyul. REPORT.AZ/ “SOCAR Ukraine” Ticarət Evi Ukraynada aylıq qaz təchizatının həcmini mart ayındakı 4,5 mln. kubmetrdən iyunda 50 mln. kubmetrə qədər artırıb.
Bu barədə “Report”un Ukrayna bürosuna şirkətin mətbuat xidmətindən bildirilib.
“SOCAR Ukraine” şirkətindən qeyd edilib ki, şirkət Ukraynada qaz təchizatına bu ilin mart ayının sonunda başlayıb. Tədarük Polşa, Macarıstan və Rumıniya sərhədlərindən həyata keçirilir. Təchizatın başlanmasından şirkət təxminən 95 mln. kubmetr təbii qaz idxal edib.
“SOCAR Ukraine” aylıq təchizatın həcmini 100 mln. kubmetrə qədər artırmağı və Ukraynanın TOP-3 qaz idxalçıları sırasına daxil olmağı planlaşdırır.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 19 avqust

Astroloji proqnoz - 19 avqust

19 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13