Türkiyənin məşhur turizm mərkəzi yanır: çaxnaşma düşdü, meşədə itənlər var - FOTO
Dünya
27 İyul 2017 17:44

Türkiyənin məşhur turizm mərkəzi yanır: çaxnaşma düşdü, meşədə itənlər var - FOTO


Türkiyənin Muğla rayonunun Marmaris ərazisindəki meşəlik sahədə başlayan yanğın külək səbəbiylə qısa müddətdə geniş ərazini əhatə edib. 

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, vəziyyətin aidiyyatı orqanlara çatdırılması ilə hadisə yerinə 2 yanğın söndürmə helikopteri, 8 yanğınsöndürmə maşını və 100 meşə işçisi sövq edilib. Tüstü Türkiyənin ən məşhur turizm mərkəzlərindən olan Marmarisin səmasını bürüyüb.

Yanğının nəzarət altına alınması üçün havadan və qurudan müdaxilələr edilir. Buna rəğmən ətraf rayonlardan da yanğının qarşısını almaq üçün havadan dəstək istənildiyi deyilir.

Yanğının baş verdiyi ərazidə çaxnaşmaya düşüb, qaçan piknikçilərin yerinin təyin edilməsi üçün axtarışlara başlanılıb.

Təhməz Təkin

Milli.Az






loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13