Bakıda cinsi azlıqlar 22 yaşlı qıza qarşı cinayət törətdi
Ölkə
27 İyul 2017 18:04

Bakıda cinsi azlıqlar 22 yaşlı qıza qarşı cinayət törətdi


Bakıda oğurluq etmiş cinsi azlıq nümayəndələri tutulub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Bakı şəhər sakini, Zərifə Əliyeva küç 28 ünvanındakı mənzildə yaşayan 1995-ci il təvəllüdlü Aytən Vahabova (ad şərtidir) polisə müraciət edərək bildirib ki, iyulun 20-də gecə saatlarında cinsi azlıq nümayəndəsi olan Elşad adlı (Elena ləqəbli) tanışı onun evindən xeyli qızıl oğurlayıb.

Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda həmin şəxsin iştirakı təsdiqini tapıb. Məlum olub ki, Elena ləqəbli həmin şəxs digər cinsi azlıq nümayəndəsi olan Qismət adlı şəxslə birgə mənzildən 6 min manatlıq qızıl oğurlayıb. Onlar etiraf ediblər ki, 22 yaşlı Aytənin evindən mart ayından etibarən nəzərə çarpdırmadan müxtəlif qızıl əşyalarını oğurlayıblar.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.  

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Mazolu bir gündə sağaldan

Mazolu bir gündə sağaldan

21 Avqust 2017 18:02
Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08