Azərbaycanda iş saatı nə qədərdir?
Digər
27 İyul 2017 19:22

Azərbaycanda iş saatı nə qədərdir?


İş saatı məsələsi özəl və dövlət müəssisələrində fərqli-fərqli olduğu üçün daim müzakirə olunan məsələlərdən biri hesab olunur. Bəs, qanun bununla bağlı nə deyir?

Məsələyə münasibət bildirən hüquqşunas Vüqar Səfərli bildirib ki, gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz:

“Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən, əmək müqaviləsi əsasında işə qəbul olunan işçilər üçün tam iş vaxtı — müddəti Əmək Məcəllsində nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq, işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda, gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda, gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda, gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz”.

DİQQƏT: Pensiya və maaş kartını itirənlər - Bunları bilmirsiniz... - OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ 



loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08
Avqustun 21-nə olan

Avqustun 21-nə olan

21 Avqust 2017 00:22