Qiyamətin 50 keçidi nə mənasındadır?
Ölkə
27 İyul 2017 19:44

Qiyamətin 50 keçidi nə mənasındadır?


İmam Sadiq (ə) buyurur: "Qiyamətdə 50 keçid vardır ki, hər bir keçid siz saydığınız illərin min ili qədərdir".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Şeyx Səduq yazır: "Bizim bu keçidlər barəsindəki əqidəmiz belədir ki, hər biri bir dini vacibatla adlandırılmışdır. İnsan gərək o keçidlərdən keçsin. Nə zaman yaxşı əməllərinə və İlahi rəhmətə görə onların birindən keçər, o biri keçidə çatar. Bu tərtiblə gərək bütün keçidlərdən keçsin. Əks halda cəhənnəmə süqut edəcəkdir".
Şeyx Mufid yazır: "Qiyamətin keçidləri - həmin dini əhkamdır ki, insanlar Qiyamət günü onlara görə cavab verməlidir. Quran və hədislərdə adı çəkilən bu keçidlər - həmin İlahi göstərişlərdir ki, onlara böyük çətinlik və müşküllə riayət olunar. Onları keçid adı ilə adlandırıblar".
Ona görə də deyə bilərik ki, Qiyamət gününün 50 keçidləri barəsində bildiyimiz budur ki, bu keçidlərin hər biri İlahi vacibatların birinin adını daşıyır: namazın, orucun, zəkatın, həccin...

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13