İrandan Azərbaycana heroin keçirmək istəyən qadın saxlanıldı - FOTO
Ölkə
27 İyul 2017 19:48

İrandan Azərbaycana heroin keçirmək istəyən qadın saxlanıldı - FOTO


Dövlət sərhədindən narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə istiqamətində Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən uğurlu tədbirlər davam etdirilir.

DSX-nin mətbuat mərkəzindən Publika.az-a verilən xəbərə görə, daxil olmuş məlumat əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində “Astara” sərhəd nəzarəti məntəqəsində Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Fərəcova Səfa Məmmədşah qızı İrandan Azərbaycana qayıdarkən saxlanılaraq, əşyalarına baxış keçirilib. Baxış zamanı əşyaların arasından 2 ədəd “ketçub” qabının içərisində gizlədilmiş narkotik vasitə - 295 qram heroin aşkarlanaraq götürülüb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitənin sifarişçisi, Azərbaycan vətəndaşı 1995-ci il təvəllüdlü Cəlilabad rayonunun Göytəpə şəhər sakini Mirzəyev Səbuhi Rövşən oğlu müəyyənləşdirilərək saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.



loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13