“Mədəniyyət” kanalı ilə AYB-in birgə layihəsi olan yeni ədəbi müsabiqəyə start verilir
Mədəniyyət
27 İyul 2017 20:26

“Mədəniyyət” kanalı ilə AYB-in birgə layihəsi olan yeni ədəbi müsabiqəyə start verilir


Bakı. 27 iyul. REPORT.AZ/ “Mədəniyyət” kanalı ilə Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə layihəsi olan yeni ədəbi müsabiqəyə start verilir.
"Report" xəbər verir ki, bu barədə məlumatı “Mədəniyyət” kanalının direktoru Ramil Qasımov verib.
Məlumata görə, müsabiqəni keçirməkdə məqsəd ölkəmizin müasir iqtisadi-mədəni inkişafının poetik müstəvidə işıqlandırılmasını təmin etmək, eyni zamanda yüksək səviyyəli poeziya nümunələrini geniş tamaşaçı kütlələri arasında təbliğ etməkdir.
Müsabiqəyə dörd mövzu üzrə "Vətənpərvərlik", "Azərbaycan bayrağı", "Doğma Bakı", "Milli həmrəylik" mövzusunda poeziya nümunələri qəbul olunur. 
Ramil Qasımov deyib ki, Azərbaycan Televiziyası öz fəaliyyətində gənc nəslə vətənpərvərlik, qəhrəmanlıq ideyalarının təbliğini, xalqa, millətə, bayrağımıza, doğma Bakımıza, Azərbaycanımıza hörmət və sevgi hisslərinin aşılanmasını hər zaman əsas missiya kimi öz üzərinə götürür. Yetişməkdə olan gənc nəslin maariflənməsi Azərbaycan Televiziyasının əsas məqsədlərindəndir. Bu baxımdan da belə müsabiqələrin keçirilməsi təqdirəlayiqdir. 
Onun sözlərinə görə, müsabiqənin keçirilməsində məqsəd eyni zamanda müasir bəstəkarlar tərəfindən yazılan mahnıların mətnlərini təmin etməkdir. Sonda hər mövzu üzrə 3 şeir nümunəsi ekspertlər tərəfindən qalib elan ediləcək, şeir nümunələrinə mahnılar bəstələnəcək və “Mədəniyyət” kanalı vasitəsilə yayımlanacaq. Bu isə istər poeziya həvəskarlarına, istərsə də musiqisevərlərə Mədəniyyət kanalının bir töhfəsi olacaq.Qalibləri əlavə pul mükafatı da gözləyir.
Əsərlər kompüterdə yığılmış versiyada 3 nüsxə olaraq “Mədəniyyət” kanalına, Medeniyyet@aztv.az elektron ünvanına və ya Azərbaycan Yazıçılar Birliyinə təqdim olunmalıdır. Müsabiqəyə əsərlərin qəbulu sentyabrın 10-a qədər davam edəcək.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

İrəvanda partlayış oldu

İrəvanda partlayış oldu

20 Yanvar 2018 01:12
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 27 dekabr

Astroloji proqnoz - 27 dekabr

27 Dekabr 2017 00:08