Gözlənilməz əcəlin qarşısını necə almaq olar?
Ölkə
27 İyul 2017 20:44

Gözlənilməz əcəlin qarşısını necə almaq olar?


İmam Baqir (ə) buyurur: "Yaxşılıq və gizli infaq yoxsulluğu aradan aparır və ömrü uzadır və 70 cür pis ölümə mane olur".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Quran və hədislərimizin nəzərinə görə, ölüm yox olmaq demək deyildir, bir aləmdən başqasına köçməkdir. İnsan bu köçmək zamanı kamala çatar və təkamül edər.
Quranda buyurulur: "Rəbbiniz tərəfindən olan bağışlanmaya və genişliyi göylər və yer (qədər) olan (və) təqvalılar üçün hazırlanmış Cənnətə doğru tələsin". ("Ali-İmran" 133).
O zaman ki, körpə ana bətnində olar, ona deyərlər ki, dünya belə gözəldir, Ayı, Günəşi vardır, səması və torpağı vardır - körpə bu həqiqəti görmədiyi üçün, onu dərk etməz. Eləcə də axirət bizim üçün o cürdür. Onu görmədən həqiqətini dərk etmək çətindir.
Bu dünyada olan bütün canlıların əcəli vardır. Yəni, bu dünya fanidir və bu dünyaya gələn hər bir canlı müəyyən müddətə qədər yaşayar, sonra isə axirətə köç edər.
Allahın əcəli iki cürdür: qəti və qəti olmayan əcəl. Qəti əcəlin zamanını dəyişdirmək olmaz, o, mütləq həyata keçər. Ancaq bəzi əməllər və zəminələr vardır ki, qəti olmayan əcəlin qarşısını ala bilər. (Beytutə saytı)
Qurani-Kərimdə buyurulur: "Peyğəmbərləri onlara dedilər: "Məgər göyləri və yeri yaradan Allah barəsində şübhə var?! O sizi günahlarınızdan bəzisini bağışlamağa və sizə (ömrünüzün) müəyyən bir müddət(in)ədək möhlət verməyə çağırır". ("İbrahim" 10).
O əməllər ki, qəti olmayan əcəlin qarşısını ala bilər, ibarətdir:
1. Günahı tərk etmək. İmam Sadiq (ə) buyurur: "İnsanlar (təbii) əcəllərinin gəlib çatması ilə ölməkdən çox, günahlarına görə ölürlər".
2. Sədəqə. İmam Əli (ə) buyurur: "Sədəqə verməklə ömürlər uzanar".
3. Sileyi-rəhm. İmam Rza (ə) buyurur: "Biz ömrün uzadılması üçün sileyi-rəhmdən başqa bir vasitə tanımırıq. O qədər olub ki, insanın ömrünün bitməsinə 3 il qalıb, ancaq sileyi-rəhm etdiyinə görə Allah o qalmış olana 30 il də əlavə edib. O kəsin ki, ömrünün bitməsinə 33 il qalar, qohumluq əlaqəsini kəsdiyinə görə Allah 30 ili ömründən götürər və onu 3 ilə azaldar".
İmam Sadiq (ə) buyurur: "Bəzən insan günah edir və yaxşı əməl olan gecə namazından qalır. Bilin ki, pis iş insanı məhv etməkdə bıçağın ətə təsirindən daha tez təsir göstərər".
İmam Sadiq (ə) və ya İmam Baqir (ə) cavanlardan birinə buyurur: "Güman edirəm ki, qohumlarına yaxşılıq edirsən?". Həmin cavan deyir: "Mən yeniyetmə olanda bazarda çalışırdım. Ancaq iki dirhəm pul alırdım. Onun birini bibimə və o birisini də xalama verirdim".
İmam (ə) buyurur: "Allaha and olsun ki, iki dəfə ölümün yaxınlaşmışdır, ancaq bu sileyi-rəhmə görə təxirə düşmüşdür".

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13