Altmış yaşdan sonra boşanan kişilərin sayı qadınlardan daha çoxdur
Ölkə
27 İyul 2017 20:56

Altmış yaşdan sonra boşanan kişilərin sayı qadınlardan daha çoxdur


Bakı. 27 iyul. REPORT.AZ/ Azərbaycanda ötən il 60 və daha yuxarı yaşda boşanan kişilərin sayı 373, bu yaşlarda boşanan qadınların sayı isə 173 nəfər olub.
"Report" Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, ötən il 18 yaşında boşanan kişilərin sayı iki olub. 30-34 yaş qrupunda olan kişilər arasında boşanma daha çox qeydə alınıb. Belə ki, 30-34 yaş qrupunda 3198, 25-29 yaş arasında 2725, 35-39 yaşında 2288, 50-54 yaş qrupunda 746, 55-59 yaş qrupunda isə 448 kişi ayrılıb.
Ötən il 18 yaşında nikahı pozulan qadınların sayı 39, 19 yaşında ayrılanların sayı isə 132 olub.
Qadınlar arasında boşanma daha çox 25-29 yaş qrupunda (3453) qeydə alınıb.
20-24 yaş qrupunda 2348, 30-34 yaşında 2612, 35-39 yaş qrupunda 1614, 40-44 yaş qrupunda 1095, 45-49 yaşlarında 781, 50-54 yaş qrupunda 503, 55-59 yaş qrupunda isə 286 boşanma halı qeydə alınıb.
Qeyd edək ki, ötən il ümumillikdə 13 114 boşanma qeydə alınıb.  

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13