Bu qidaları yeyin, xoşbəxt olun!
Sağlamlıq
27 İyul 2017 21:22

Bu qidaları yeyin, xoşbəxt olun!


Elmi araşdırmalar sübut edir ki, gülmək, yatmaq, istirahət, sevdiyimiz şəxslərlə vaxt keçirmək və ev heyvanları ilə oynamaq insanın özünü daha yaxşı hiss etməsinə kömək olur. Bundan əlavə, alimlərin araşdırmasına görə, xoşbəxt olmağa yarayan bir başqa hərəkət də yemək yeməkdir. 

Xoşbəxtlik hormonu “serotonin” insanın ruh halı üzərində ciddi təsirə malik olduğu kimi iştah mübadiləsində də əhəmiyyətli rol oynayır. Elm adamları serotonin əskikliyinin yuxusuzluq, yemə pozğunluğu, depressiya, miqren kimi problemlər yaratdığını sübut ediblər.

Serotonin əskikliyi yaşamamaq, yəni bədbəxt olmamaq üçün məşq etmək, günəş işığından D vitamini almaq, stressdən uzaq dayanaraq işləmək mütləqdir. Bunbəzi qidaladan başqa, bəzi qidaların da istehlak edilməsi vacibdir.

Mətbuat.az serotin hormonunu yüksəldərək xoşbəxtlik səviyyəsini artıran 5 qidanın adını təqdim edir:

Banan: Tərkibindəki yüksək kalium və vitamin B sayəsində serotonin miqdarını artırmağa kömək olan banan yüksək təzyiqin balansına və ürək damar sağlamlığının qorunmasına da kömək edir. Gün ərzində bir stəkan südlə bananı qarışdırıb içsəniz qan şəkəriniz tənzimlənir və həmin günü xoşbəxt keçirirsiz.


Süd və süd məhsulları: Amin turşularından biri olan və serotonin istehsalında istifadə edilən triptofanla zəngin süd və süd məhsulları da insanın özünü daha yaxşı hiss etməsi üçün təsirli vasitədir. Zülal və kalsium qaynağı olan süd və süd məhsulları xüsusilə bel ətrafındakı yağlanmanın azalmasına və həzm probleminin aradan qalxmasına kömək edir. Bir kasa qatıq və yanında təzə meyvə istehlak etməklə günü daha gümrah davam etdirə bilərsiniz.

 

Balıq: Balıq, ehtiva etdiyi yüksək omeqa 3 sayəsində serotonini artıraraq xoşbəxtlik verir. Beyinin funksiyalarının da nizamlı işinə dəstək olan balıq, pis xolesterol LDL-nin aşağı düşməsinə, yaxşı xolesterol HDL-nin yüksəlməsinə kömək edir, ürək-damar sağlamlığını qoruyur.


Çiyələk: C vitamini və müxtəlif minerallar baxımından zəngin olan çiyələk serotinin hormonunun artmasına köməkçi olur. Bundan əlavə antioksidan xüsusiyyəti ilə immunitet sistemini gücləndirərək səhiyyə problemlərinə qarşı qoruma qalxanı meydana gətirir. Xoşbəxt olmaq üçün 6-8 ədəd çiyələyin yanında 10 ədəd çiy badam istehlakı kifayət edir.


Şokolad: Beyində serotonin və endorfin səviyyələrini artıraraq gün ərzində daha xoşbəxt hiss etməyə kömək edən tünd şokolad kalsium, maqnezium, mis və kalium mineralları baxımından olduqca zəngindir. Ancaq tünd şokolad istehlakının miqdarına diqqət etmək lazımdır. Bir fincan sadə qəhvənin yanında iki kvadrat şokoladın istifadəsi kifayətdir.


loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

İrəvanda partlayış oldu

İrəvanda partlayış oldu

20 Yanvar 2018 01:12
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08