FHN:"Azərbaycanda təbii fəlakət ve texnogen hadisələr 48 nəfərin həyatına son qoydu"
Ölkə
27 İyul 2017 22:02

FHN:"Azərbaycanda təbii fəlakət ve texnogen hadisələr 48 nəfərin həyatına son qoydu"


2017-ci ilin yanvar-iyun aylarında Azərbaycanda partlayışlar və təbii fəlakət və texnogen xarakterli hadisələr nəticəsində 48 nəfər həlak olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 

Birinci yarımillikdə ölkədə 5,368 min təbii fəlakət və texnogen xarakterli hadisə baş verib ki, bu da 2016-cı ilin hesabat dövrünün göstəricisindən 5% çoxdur. 

“Həmin hadisələr nəticəsində 48 nəfər həlak olub, 161 nəfər xəsarət alıb. Təbii fəlakət və texnogen xarakterli hadisələr zamanı 67 nəfər FHN-in əməkdaşları tərəfindən xilas edilib, 649 nəfər təxliyə olunub”, - deyə məlumatda bildirilir. 

Bundan başqa, yanvar-iyun aylarında respublikada 47 partlayış (artım 42%) baş verib. Nəticədə 11 nəfər həlak olub, 58 nəfər isə xəsarət alıb.

#interfax.az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13