Sumqayıtda 2 saylı marşrutun yolu dəyişdi:  sakinlər narazı qaldı -VİDEO
Ölkə
27 İyul 2017 22:14

Sumqayıtda 2 saylı marşrutun yolu dəyişdi: sakinlər narazı qaldı -VİDEO


Sumqayıtda fəaliyyət göstərən 2 nömrəli marşrut xəttinin istiqamətinin dəyişdirilməsi Corat qəsəbə sakinlərini narahat edib. Sakinlər deyirlər ki, əvvəl qəsəbənin içindən işləyən mikroavtobusların xəttdən yığışdırılması onları çətin vəziyyətə salıb. Sərnişindaşıma idarəsindən isə "Xəzər Xəbər"ə bildirildi ki, məsələyə baxılıb və lazimi addımlar atılacaq.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, marşurut xəttinin istiqamətinin dəyişdirilməsi sakinlərin narazılığına səbəb olub.
Sumqayıtda Corat qəsəbəsinin bir qrup sakini Corat-Novxanı istiqamətinə hərəkət edən 2 nömrəli marşurut xəttinin yenidən bərpa olunmasını istəyirlər. Orta tutumlu marşurut yenisi ilə əvəz olunduğundan xəttin istiqaməti dəyişib.
Mövcud vəziyyətlə bağlı Sumqayıt Sərnişindaşıma İdarəsinin rəis müavini Məzahir Piriyev bildirdi ki, xəttin dəyişdirilməsi xəttə iritutumlu avtobusların buraxılması ilə əlaqədardır.
İdarədən bildirildi ki, məsələnin həllini tapması üçün işlərə başlanılıb.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08