Dənizdə uzun müddət üzsəniz...
Ölkə
27 İyul 2017 23:14

Dənizdə uzun müddət üzsəniz...


Mütəxəssilər dəniz kimi duzlu sulara girmənin və uzun müddət suda qalmağın duzla əlaqəli təzyiq xəstələri üçün risklər yaratdığnı bildirirlər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Dəniz Elmləri və Təsərrüfatı İnstitutunun tədris eksperti dosent doktor Yavuz Örnek duzla əlaqəli yüksək təzyiq xəstələrinin dəniz əvəzinə şirin suya girmələrini təklif edib.
 
O, duzlu sularda uzun müddət qalanda suda həll olunmuş duzun bədənə yayıldığını (diffuziya etdiyini), bunun da bədəndəki duz miqdarını artıraraq, duza bağlı təzyiq xəstələrinin təzyiqini yüksəldib infarkta səbəb ola biləcəyini qeyd edib.
 
Doktor Örnek mütəmadi olaraq üzmənin sağlamlıq baxımından hər cəhətdən faydalı olduğunu deyir. O, duzla əlaqəli yüksək təzyiq xəstələrinin isə, bundan müstəsna olduğunu qeyd edib. "Çünki dəniz kimi duzlu sulara girmək və uzun müddət qalmaq duzla əlaqəli yüksək təzyiq xəstələri üçün risklidir. Risk suda qalma müddəti uzandıqca daha da artır. Duzlu sularda uzun müddət qalanda suda həll olunmuş duz, bədənə diffuziya edir. Bu da bədəndəki duz miqdarını artıraraq, duza bağlı təzyiq xəstələrinin təzyiqini yüksəldir və infarkta səbəb ola bilir".

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Mazolu bir gündə sağaldan

Mazolu bir gündə sağaldan

21 Avqust 2017 18:02
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08