Azərbaycanda həbsdən azad edilənlərin sayı artıb
Digər
27 İyul 2017 23:17

Azərbaycanda həbsdən azad edilənlərin sayı artıb


Azərbaycanda həbsdən azad edilmiş insanların sayı artıb. APA-nın xəbərinə görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş nazirliyin kollegiya iclasında deyilib.

 

Qeyd olunub ki, prezident İlham Əliyevin  "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 2017-ci il 10 fevral tarixli sərəncamında verilmiş tapşırıq və tövsiyələrin icrası nəticəsində ötən ilin birinci yarımili ilə müqayisədə istintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslərin sayı 25 faizə qədər azalıb, həbsdən azad edilmiş insanların sayı isə 28% artıb. Bundan başqa, müxtəlif əsaslarla, o cümlədən cəzanın yüngüllüyü ilə bağlı hökmlərdən verilən protestlər də xeyli azalıb.

 

Kollegiyada sərəncamın icrası üzrə görülmüş işlərə dair geniş prezentasiya nümayiş etdirilib, bu mühüm sənəddə nəzərdə tutulan bütün tədbirlərin dürüst, mütəşəkkil və müəyyən edilmiş müddətdə həyata keçirilməsi ilə bağlı əlavə tapşırıqlar verilib.

 

İclasda həmçinin 2017-ci ilin birinci yarısında ədliyyə orqanları tərəfindən nazirliyin digər fəaliyyət istiqamətləri üzrə görülmüş işlər barədə də ətraflı məlumatlar səsləndirilib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 19 avqust

Astroloji proqnoz - 19 avqust

19 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13