Antibiotik istifadəsində yenilik - daha yaxşı təsir edir
Maraqlı
27 İyul 2017 23:24

Antibiotik istifadəsində yenilik - daha yaxşı təsir edir


Antibiotiki həkimlərin yazdığı kimi bitənə qədər istifadə edilməsinə ehtiyac yoxdur.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bununla bağlı İngiltərədə bir qrup alim iddia irəli sürüb. Aralarında Oksford Universiteti alimlərinin də olduğu qrup iddia edir ki, xəstə həkimin yazdığı qədər deyil, özünü yaxşı hiss edənə qədər antibiotik qəbul etməlidir.
Ancaq bəzi mütəxəssislər doza ilə əlaqəli qərarın xəstənin özünə həvalə edilməsinin yaxşı fikir olmadığını deyir. Bunun qarışıqlıq yarada biləcəyini deyirlər.
Lakin İngiltərədə yeni iddianı irəli sürən alimlər isə uzun müddət antibiotik qəbulunun bədəndə onlara qarşı mübarizə gücünü daha da artırdığını düşünürlər.
Ümumdünya Səhiyyə Təşkilatı da antibiotiklərin reseptdə yazıldığı kimi istifadə edilməsini tövsiyə edir. Tibb dünyasında yeniliyə səbəb olacaq bu məqalənin müəllifləri iddia edir ki, bu vaxta qədər antibiotiklərlərin həkim yazdığı qədər istifadə edilməsi fikri yanlışdır.
Rəsmi məlumata görə, təkcə İngiltərədə hər il 12 min nəfər antibiotiklərə qarşı mübarizə aparan mikroblar səbəbindən ölürlər.
İngiltərə hökümətinin səhiyyə sahəsində ən yüksək səviyyəli məsləhətçisi Dame Sally Devis isə hələ ki, alimlər arupunun yeni iddialarının tam təsdiq edilmədən bu barədə xalqa mesaj verilməsini doğru hesab etmir.
Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Avqustun 21-nə olan

Avqustun 21-nə olan

21 Avqust 2017 00:22