Kafir üçün xeyir duası etmək olarmı?
Ölkə
27 İyul 2017 23:44

Kafir üçün xeyir duası etmək olarmı?


Əgər kafirin hidayət olması üçün ümid olarsa, onun üçün xeyir duası etmək olar. Ancaq o zaman ki, yəqinlik əldə olunar ki, bu insan geri qayıdası deyildir, hüccətin tamamlanmasından sonra belə iman gətirmir, onun üçün xeyir duası etmək məsləhət deyildir.

Allah Təala buyurur: "Peyğəmbərə və iman gətirənlərə müşriklərin Cəhənnəm əhli olduqları onlara bəlli olduqdan sonra onlar üçün, hətta qohumları(ndan) olsalar belə, bağışlanma istəmək yaraşmaz (və bu, şəriət baxımından caiz və ağıl baxımından düzgün olmaz)". ("Tövbə" 113).
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Qurani-Kərimin sonrakı ayəsində buyurulur: "İbrahimin atası (əmisi Azər) üçün bağışlanmaq istəməsi (istiğfar etməsi) yalnız ona verdiyi vədə (onun üçün istiğfar edəcəyini vəd etməsinə) görə idi. Buna görə də elə ki, (onun küfrdə israrlı olmasından, ya küfr halında ölməsindən) ona (İbrahimə) onun (əmisinin) Allahın düşməni olması aydın oldu, ondan uzaqlaşdı (çünki əfv diləmək Allahla düşmən olan kəs üçün deyil, Allahın düşmən olduğu kəs üçündür). Həqiqətən İbrahim haqdan qorxan, günahdan qəmgin olan, (Allah dərgahına) ürəkdən çox ah çəkən və həlim idi". ("Tövbə" 114).
Bu ayədən də göründüyü kimi, İbrahim (ə) peyğəmbər ümid edirdi ki, Azəri bu yolla düz yola hidayət edər. İstiğfar və dua etməsinin səbəbi bu idi ki, Allah onu düz yola yönəltsin və keçmiş günahlarını bağışlasın. Ancaq o zaman ki, Azərin İbrahimə (ə) qarşı olan düşmənçiliyi aşkar oldu, gözü dünyaya bağlandı və hidayəti üçün fürsəti qalmadı. Peyğəmbər də onun üçün dua və istiğfar etməyini saxladı.
İmam Kazım (ə) buyurur: "Bir xristian üçün (o zamana qədər ki, hidayət olması üçün ümidiniz vardır) dua etməyinizin maneəsi yoxdur. (Ancaq əgər o xristian bilərəkdən haqq və həqiqətlə müxalifətlik edərsə) sizin onun üçün duanızın faydası olmaz və Allah onu yerinə yetirməz".

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13