Özünü kirayə qaldığı evdə asdı
Ölkə
27 İyul 2017 23:44

Özünü kirayə qaldığı evdə asdı


Şabran rayonunda intihara cəhd hadisəsi baş verib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, əslən Quba rayonundan olan, amma müvəqqəti yaşamaq üçün Şabran rayonunda kirayə mənzildə qalan Məmmədova Səma Famil qızı bu gün səhər saatlarında intihara cəhd edib.

1993-cü il təvəllüdlü S.Məmmədova yaşadığı evin damından kəndirlə özünü asıb. Ailəsinin köməyi ilə onun həyatını xilas etmək mümkün olsa da, xəstənin vəziyyəti orta ağırdır.

Şabran Rayon Xəstəxanasından verilən məlumata görə, xəstə ora gətirilən zaman huşunu itirmiş vəziyyətdə olub. Son anda həkimlər onun həyatını xilas edə biliblər. İndiyə qədər xəstə heç kəslə söhbət etməyib. Onun nəyə görə özünü asdığı məlum deyil.

Şabran Rayon Polis şöbəsində hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 19 avqust

Astroloji proqnoz - 19 avqust

19 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13