Avropa Liqası: “Qəbələ”dən minimalhesablı məğlubiyyət
Digər
28 İyul 2017 0:42

Avropa Liqası: “Qəbələ”dən minimalhesablı məğlubiyyət


Avropa Liqasında III təsnifat mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, turnirdə mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qəbələ” də növbəti sınağına çıxıb.

 

Premyer Liqanın vitse-çempionu Yunanıstan “Panatinaikos”u ilə qarşılaşıb. Yarışa II təsnifat mərhələsindən başlayan qəbələlilər Polşa “Yagelloniya”sının ardından Ellada təmsilçisini də mübarizədən kənarlaşdırmağa iddialıdı.

 

İlk rəqibini Bakıdakı heç-heçədən sonra səfərdə məğlub edən Roman Qriqorçukun yetirmələri yenə rəqib meydanında qüvvəsini sınayıb. “Qırmızı-qaralar” səfərdə minimalhesablı məğlubiyyətlə barışmalı olublar.

 

Komandamız ilk dəqiqələrdə rəqibin hücumlarını ustalıqla zərərsizləşdirdikdən sonra tədricən tarazlıq yarada bilib. Yunanların qapısı qarşısında bir neçə dəfə təhlükəli olan təmsilçimiz ilk yarım saatı qolsuz bərabərliklə başa vursa da, 37-ci dəqiqədə planlar pozulub.

 

Cərimə meydançası daxilində müdafiəçi İlqar Qurbanovun əlinə dəyən top penaltiyə səbəb olub. Molins dəqiq oynayıb - 1:0. Hissə bu hesabla da başa çatıb.

 

İkinci yarıda bərabərlik qolu axtarışında olan Roman Qriqorçukun komandasının cəhdləri fayda verməyincə matç meydan sahiblərinin minimalhesablı qələbəsi ilə yekunlaşıb.

 

Avropa Liqası

III təsnifat mərhələsi, ilk oyun

27 iyul

 

“Panatinaikos” (Yunanıstan) – “Qəbələ” (Azərbaycan) - 1:0

Qol: Molins, 37 (pen.)

 

Baş hakim: Xuan Martinez Munuera (İspaniya)

 Afina. “Apostolos Nikolaidis” stadionu

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13