Futbol üzrə Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilib
İdman
28 İyul 2017 1:06

Futbol üzrə Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilib


Bakı. 28 iyul. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilib. "Report"un məlumatına görə, 29 qarşılaşmadan 5-i qolsuz yekunlaşıb.
7 matçın taleyini isə cəmi 1 qol həll edib.
Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin yeni komandası "Aleksandriya" "Zirə"ni mübarizədən kənarlaşdırmış Rumıniya "Astra"sının qonağı olub. Qolsuz yekunlaşan oyunda Paşayev sonadək ehtiyatda qalıb.
Yığmanın qapıçısı Kamran Ağayevi heyətinə qatan Çexiya "Mlada Boleslav"ı isə Albaniya "Skenderbeu"sunu yenməyi bacarıb. Lakin Ağayevin adı oyunun iştirak ərizəsinə daxil edilməyib.
Bakı "İnter"ini üstələmiş Lüksemburqun "Fola Eş" klubu isə Türkiyənin "Qalatasaray" komandasını keçən "Ostersun"la İsveçdə üz-üzə gəlib. "Ostersun" bir qolla qələbə qazanıb.
Avropa Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
20:00. "Mlada Boleslav” (Çexiya) - "Skenderbeu” (Albaniya) - 2:1
Qollar: Yan Xramosta, 42. Adam Yanoş, 87 - Liridon Latifi, 86
20:30. "Olimpik” (Donetsk, Ukrayna) - PAOK (Yunanıstan) - 1:1
Qollar: Stanislav Bilenki, 49 - Pedro Enrike, 49
20:30. "Trakay” (Litva) - "Şkendiya” (Makedoniya) - 2:1
Qollar: Maksim Maksimov, 1; 52 - Stenio Junior, 40
20:45. "Makkabi" (Təl-Əviv, İsrail) - "Panionios” (Yunanıstan) - 1:0
Qol: Vidar Orn Kyartansson, 48
21:00. "Suduva” (Litva) - "Syon” (İsveçrə) - 3:0
Qollar: Paulo Rikardo, 3-öz qapısına. Paulius Yanuşauskas, 9. Karolis Lokjemis, 90+1
21:00. AİK (İsveç) - "Braqa” (Portuqaliya) - 1:1
Qollar: Daniel Sundqren, 18-penalti ilə - Raul Silva, 11
21:00. AEK (Larnaka, Kipr) - "Dinamo” (Minsk, Belarus) - 2:0
Qollar: Tete, 42. Hektor Hevel, 70
21:00. "Utrext” (Hollandiya) - "Lex" (Poznan, Polşa) - 0:0
21:00. "Ostersun" (İsveç) - "Fola Eş” (Lüksemburq) - 1:0
Qol: Fuad Başiru, 50
21:00. "Şturm” (Avstriya) - "Fənərbağça" (Türkiyə) - 1:2
Qollar: Ştefan Hirlander, 10 - Dario Maresiç, 29. Roman Nöyştadter, 35
21:00. "Krasnodar" (Rusiya) - "Lünqbü” (Danimarka) - 2:1
Qollar: Viktor Klaesson, 67. Maqomed Süleymanov, 90+3 - Yeppe Kyaer, 64
21:00. PSV (Hollandiya) - "Osiyek” (Xorvatiya) - 0:1
Qol: Borna Barişiç, 57-penalti ilə
21:30. "Bney Yehuda” (İsrail) - "Zenit” (Rusiya) - 0:2
Qol: Domeniko Krişito, 59. Aleksandr Kokorin, 90
21:30. "Botev" (Plovdiv, Bolqarıstan) - "Maritimu” (Portuqaliya) - 0:0
21:30. "Astra” (Rumıniya) - "Aleksandriya" (Ukrayna) - 0:0
Qırmızı vərəqə: Sergey Basov, 78 ("Aleksandriya")
21:30. "Dinamo” (Buxarest, Rumıniya) - "Atletik” (Bilbao, İspaniya) - 1:1
Qollar: Rivaldinyo, 54 - Aymerik Laporte, 21
22:00. "Brondbü” (Danimarka) - "Hayduk" (Split, Xorvatiya) - 0:0
22:00. "Universitatya” (Krayova, Rumıniya) - "Milan" (İtaliya) - 0:1
Qol: Rikardo Rodriges, 44
22:00. "Arka” (Polşa) - "Midtyulland” (Danimarka) - 3:2
Qollar: Markus Viniçius, 31; 39-penalti ilə. Rafal Semaşko, 90+2 - Mark Dal Hende, 36. Rilvan Hassan, 33
22:30. "Srvena Zvezda” (Serbiya) - "Sparta” (Çexiya) - 2:0
Qollar: Riçmond Boakye, 13. Quelor Kanqa, 65
22:30. "Gent” (Belçika) - "Altax” (Avstriya) - 1:1
Qollar: Kalifa Kulibali, 76 - Luis Nqvat-Mahop, 5
22:30. "Bordo" (Fransa) - "Videoton” (Macarıstan) - 2:1
Qollar: Yunuss Sanxare, 18; 33 - Marko Şkeropiç, 23
22:30. "Panatinaikos" (Yunanıstan) - "Qəbələ" (Azərbaycan) - 1:0
Qol: Gilyermo Molins, 37-penalti ilə
22:45. "Marsel” (Fransa) - "Ostende” (Belçika) - 4:2
Qollar: Valer Jermen, 2; 57; 82. Morqan Sanson, 32 - Sebastien Siani, 26-penalti ilə. Noulic Musona, 69
22:45. "Aberdin" (Şotlandiya) - "Apollon” (Kipr) - 2:1
Qollar: Rayan Kristi, 5. Qrem Şinni, 78 - Jander, 60
22:45. "Dinamo” (Zaqreb, Xorvatiya) - "Odd” (Norveç) - 2:1
Qollar: Armin Hociç, 31. Junior Fernandes, 41 - Stefan Mladenoviç, 20
23:05. "Frayburq” (Almaniya) - "Domjale” (Sloveniya) - 1:0
Qol: Nils Petersen, 20
Yerinə yetirilməyən penalti: Nils Petersen, 24 ("Frayburq")
23:05. "Everton” (İngiltərə) - "Rujomberok” (Slovakiya) - 1:0
Qol: Leyton Beyns, 65
23:05. "Austriya” (Avstriya) - AEL (Kipr) - 0:0
Qeyd edək ki, cavab görüşləri avqustun 3-də keçiriləcək. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08