"Panatinaikos"un baş məşqçisi: "Təəssüf ki, "Qəbələ"yə cəmi bir qol vurduq
İdman
28 İyul 2017 2:16

"Panatinaikos"un baş məşqçisi: "Təəssüf ki, "Qəbələ"yə cəmi bir qol vurduq


Bakı. 28 iyul. REPORT.AZ/ "Nəticə bizim üçün daha yaxşı ola bilərdi. Amma istənilən halda qələbə qazandıq. Müəyyən problemlərə baxmayaraq, oyuna hazırlıqlı olduğumuzu göstərdik. Bəzi bölümlərdə elə də yaxşı təsir bağışlamadıq. Lakin oyuna nəzarət etdik, rəqibdən daha yaxşı çıxış etdik və daha çox qol vurmağa qadir olduğumuzu göstərdik".
"Report"un məlumatına görə, bunu Yunanıstan "Panatinaikos"unun baş məşqçisi Marinos Uzunidis "Qəbələ"ni Afinada 1:0 hesabı ilə yendikləri Avropa Liqasının III təsnifat mərhələsinin ilk görüşündən sonra mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis çoxlu qol imkanlarını əldən vermələrinə təəssüfləndiyini bildirib: "Yaxşı müdafiəyə malik olmaqla yanaşı, bu qədər şansı əldən vermək olmaz. Çoxlu qol imkanı yaratdıq. Amma təəssüf ki, cəmi bir qol vurduq. Hər oyunda bu qədər qol vəziyyətini əldən vermək elə də asan deyil".
Uzunidis cavab görüşündə ehtiyatlı olmalarının vacibliyini dilə gətirib: "Rəqib sürətli oyun sərgiləyən komandadır. Bu gün onlar oyunlarını müdafiədən qurmuşdular. İstəyirdilər ki, 7 oyunçu ilə hücuma atılsınlar. Amma biz buna hazır idik. Cavab görüşündə ehtiyatlı və daha yaxşı olmalıyıq ki, mərhələ keçə bilək. Hazırlıq üçün qarşıda bir həftəmiz var".
Qeyd edək ki, avqustun 3-də "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Panatinaikos" matçı saat 21:00-da başlanacaq.  

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Türkiyədə zəlzələ

Türkiyədə zəlzələ

18 Yanvar 2018 02:32
Bakıda banka SİLAHLI BASQIN

Bakıda banka SİLAHLI BASQIN

18 Yanvar 2018 15:43
Tramp Rusiyanı ittiham etdi

Tramp Rusiyanı ittiham etdi

18 Yanvar 2018 00:47
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08