ABŞ Senatı Rusiya əleyhinə sanksiyaları təsdiqlədi
Digər
28 İyul 2017 3:42

ABŞ Senatı Rusiya əleyhinə sanksiyaları təsdiqlədi


ABŞ Senatı Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyalar  haqqında qanunu qəbul edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  senatorların əksəriyyəti sənədi dəstəkləyib.   

 

Qeyd edək ki, bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya, İran və Şimali Koreya əleyhinə sanksiyalar üzrə qanun layihəsi qəbul edilib. Sənədi 419 konqresmen dəstəkləyib, 3 nəfər əleyhinə səs verib.  Hazırda Palatanın 435 səsvermə hüququna malik üzvü var.

 

Səsvermənin nəticələri onu göstərir ki, prezident sənədi imzalamaqdan imtina edəcəyi təqdirdə (Senatın təsdiqindən sonra), Palata ölkə başçısının vetosunu qüvvədən salmaq iqtidarında olacaq.

 

Qəbul edilə biləcək yeni sanksiyalar 2014-cü ildən bu vaxtadək Rusiya qarşı tətbiq edilən sanksiyalar paketindən daha miqyaslı və kompleksli ola bilər.  

 

Qeyd edək ki, qanun layihəsində yer alan bəndlərdən biri sanksiyaları yumşaltmazdan və ya ləğv etməzdən əvvəl prezidentə bu cür qərarları qabaqcadan konqresmenlərlə razılaşdırmağı məcbur edir.  

 

Bundan əvvəl bu tip tədbirlər prezidentin fərmanı və ya Maliyyə Nazirliyinin müvafiq qərarları ilə tətbiq edilirdi.   

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 19 fevral

Astroloji proqnoz - 19 fevral

19 Fevral 2018 00:48
Astroloji proqnoz - 20 fevral

Astroloji proqnoz - 20 fevral

20 Fevral 2018 00:03
Astroloji proqnoz - 15 fevral

Astroloji proqnoz - 15 fevral

15 Fevral 2018 00:08
Astroloji proqnoz - 14 fevral

Astroloji proqnoz - 14 fevral

14 Fevral 2018 00:38
Astroloji proqnoz - 16 fevral

Astroloji proqnoz - 16 fevral

16 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08