İğtişaşlar törədən 58 nəfərə ömürlük həbs verildi
Dünya
28 İyul 2017 4:28

İğtişaşlar törədən 58 nəfərə ömürlük həbs verildi


Misirin Əsyut şəhərinin hərbi məhkəməsi bu ölkədə qadağan edilmiş “Müsəlman qardaşlar” Assosiasiyasının 58 tərəfdarını ömürlük həbs cəzasına, daha 12 nəfəri 7 ildən 15 ilə qədər müxtəlif müddətə həbs cəzalarına məhkum edib.

Onlar 2013-cü ildə Əl-Minya əyalətinin şimalında Maqaqa şəhərində polis məntəqəsinə hücum etməkdə, zorakılığa və iğtişaşlara təhrik etməkdə, nümayişə çağırmaqda, ictimai, hökumət və polis idarələrinə hücum etməkdə ittiham olunublar.

2013-cü ilin yayında Misirin sabiq prezidenti Məhəmməd Mursi hakimiyyətdən uzaqlaşdırılandan və onun Qahirənin mərkəzində Rabia Al-Adaviya və Al-Nahta meydanlarına toplaşaraq devrilmiş prezidentin geri qaytarılması tələbləri ilə çıxış edən tərəfdarları polis tərəfindən qovulandan sonra “Müsəlman qardaşlar”ın bir qrup tərəfdarı Maqaqa şəhərinin polis məntəqəsinə hücum edib və bir sıra digər cinayətlər törədib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13