İstanbula düşən dolu 10 nəfəri xəstəxanalıq etdi
Digər
28 İyul 2017 5:12

İstanbula düşən dolu 10 nəfəri xəstəxanalıq etdi


İstanbula ötən gün axşam saatlarında  düşən şiddətli dolu və əsən güclü külək nəticəsində 10 nəfər xəsarət alıb. APA-nın  “Milliyet”ə istinadən verdiyi xəbərə görə, xəsarət alanlardan 2 nəfərinin vəziyyəti ağırdır.

 

NTV telekanalının xəbərinə görə, Bosfor boğazının altından keçən tunelin fəaliyyətində məhdudiyyətlər yaranıb. Şəhərin “Atatürk” və “Sabiha Gokçen” hava limanlarının işində fasilələr yaranıb, 15-dək təyyarə hava şəraitinin pisləşməsi səbəbindən eniş edə bilmədiyindən ehtiyat aerodromlara yönəldiliblər.      

 

Bundan başqa, şiddətli külək şəhərdə 200-dək ağacı və 5 qaldırıcı kranı aşırıb, 88 binanın dam örtüyünü qoparıb, tramvay xətlərinin elektrik naqillərini qırıb. Küçükçekmece rayonunda minarə uçub, xoşbəxtlikdən xəsarət alan olmayıb.    

 

Meteoroloqlar hava şəraitinin daha da pisləyəcəyini proqnozlaşdırırlar.  

 

Bundan əvvəl iyulun 18-də İstanbulda son 9 ildə ən güclü leysan yağıb.    





loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 24 yanvar

Astroloji proqnoz - 24 yanvar

24 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 27 dekabr

Astroloji proqnoz - 27 dekabr

27 Dekabr 2017 00:08