3 yaşlı qıza təcavüz edib öldürdü, öz orqanlarını isə qohumlarına bağışladı
Maraqlı
28 İyul 2017 8:14

3 yaşlı qıza təcavüz edib öldürdü, öz orqanlarını isə qohumlarına bağışladı


43 yaşlı Ronald Filips 1993-cü ildə sevgilisinin 3 yaşlı qızı Şila Mariya Evansa təcavüz edib, daha sonra onu öldürüb.

Milli.Az xəbər verir ki, o, məhkəmənin qərarı ilə ABŞ-ın Ohayo əyalətində edam edilib.

R.Filips edam masasında ikən öldürdüyü uşağın ailəsindən və yaxınlardan göz yaşları içində üzr istəyib və peşiman olduğunu etiraf edib. Vücuduna zəhər yeridilən cinayətkar son sözlərini dedikdən 10 dəqiqə sonra ölüb.

Mariya Evansın xalası və ögey qardaşı məhkumun edamını izləməyə gələnlər arasında olub. Filips öldürdüyü qızın xalasına müraciət edib:

"Etdiyim pisliklərlə yaşamaq məcburiyyətində qaldığınız üçün üzr istəyirəm. Aradan keçən illər boyunca ürəyinizdə məni bağışlayacaq gücü tapa bilməyiniz üçün dua etdim. Şila Mariya ona etdiklərimə layiq deyildi. O, indi Tanrı yanındadır və acı çəkmir".

Mariyanın xalası isə -"Tanrı səni əfv etsin. Üzgünəm, çünki mən səni bağışlaya biləcəyimi zənn etmirəm",- deyib.

Ohayo məhkəməsinin hakimi Con Kasiç oğurluq, ölüm və təcavüz iddiaları ilə ittiham edilən Ronaldın edamını təxirə salıb. Buna səbəb isə məhkumun orqanlarını bağışlamaq istəyi olub. R.Fillips dializ qəbul edən anasına böyrəyini, ürək xəstəliyindən əziyyət çəkən bacısına ürəyini bağışlamaq istədiyini deyib. ABŞ-da ilk dəfə bir məhkumun belə bir son arzusunu eşidən məhkəmə işçiləri onun edamını 18 saat sonra həyata keçirib. (publika.az)

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 16 avqust

Astroloji proqnoz - 16 avqust

16 Avqust 2017 00:13
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13