Bakıda 3 avtomobil toqquşub, xəsarət alan var - FOTO
Ölkə
28 İyul 2017 8:54

Bakıda 3 avtomobil toqquşub, xəsarət alan var - FOTO


Bakıda 3 avtomobil toqquşub, xəsarət alan var.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Kürdəxanı qəsəbəsində "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarında dayanan "Vaz 2107" və "Daewoo" markalı avtomobilə çırpılıb. Zərbə o qədər güclü olub ki, "Vaz 2107"-nin sürücüsü 53 yaşlı Səfərov Səxavət Əlirza oğlunun avtomobilinin önündə dayanarkən xəsarət alıb. Müxtəlif bədən xəsarətləri alan S.Səfərov 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Qəza nəticəsində hər üç avtomobil deformasiyaya uğrayıb. Hadisənin baş veridyi ünvana Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Hadisəni törədən sürücü saxlanılıb.

Araşdırma aparılır.

Milli.Az






loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Mazolu bir gündə sağaldan

Mazolu bir gündə sağaldan

21 Avqust 2017 18:02
Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08