Məkkəyə ballistik raketlə hücum ETDİLƏR
Dünya
28 İyul 2017 9:33

Məkkəyə ballistik raketlə hücum ETDİLƏR


Yəmən torpaqlarından Səudiyyə Ərəbistanının Məkkə bölgəsinə ballistik raket atılıb.

Publika.az xəbər verir ki, raket Səudiyyə Ərəbistanının havadan müdafiə sistemleri vasitəsilə zərərsizləşdirilib.

Səudiyyə Ərəbsitanının liderlik etdiyi koalisiya qüvvələrinin komandirliyi tərəfindən verilən açıqlamada raketin Məkkəyə Yəməndəki Husilər tərəfindən atıldığı bildirilib.

Lakin raket Məkkədən 69 km uzaqlıqda yerləşən Taif şəhəri yaxınlığında havadan müdafiə sistemləri tərəfindən heç bir ziyana səbəb olmadan zərərsizləşdirilib.

Qeyd edək ki, bu, Husilərin Kəbəni dağıtmağa yönəlmiş ilk cəhdi deyil. Keçən ilin sentyabr ayında da bir ballistik raket atılmış, ancaq Məkkədən 65 km uzaqlıqda zərərsizləşdirilimişdi.

Zümrüd

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08