“Neftçala Taxıl”a növbədənkənar rəhbər seçiləcək
İqtisadiyyat
28 İyul 2017 10:51

“Neftçala Taxıl”a növbədənkənar rəhbər seçiləcək


Bakı. 28 iyul. REPORT.AZ/ Avqustun 28-də, saat 11:00-da “Neftçala Taxıl” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq müəssisənin yerləşdiyi Neftçala şəhərində - Neftaçala-Salyan şosesinin 6-cı kilometrində olacaq.
Yığıncağın gündəliyinə səhmdar cəmiyyətin icra rəhbərinin növbədənkənar yenidən seçilməsi, Cəmiyyətin nizamnaməsinin 2-ci redaksiyada təsdiq edilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, “Neftçala Taxıl” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 325712 manatdır. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08