Azərbaycandan Yaponiyaya birbaşa aviareyslər həyata keçiriləcək
İqtisadiyyat
28 İyul 2017 11:06

Azərbaycandan Yaponiyaya birbaşa aviareyslər həyata keçiriləcək


Bakı. 28 iyul. REPORT.AZ/ Bakıda Azərbaycanın və Yaponiyanın mülki aviasiya administrasiyaları arasında danışıqlar keçirilib. 
Bu barədə “Report”a Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, ilk dəfə aparılan danışıqların gedişində tərəflər Azərbaycan ilə Yaponiya arasında müntəzəm reyslərin açılması məsələsini müzakirə ediblər. Nümayəndə heyətləri təyin olunmuş aviaşirkətlərə birbaşa sərnişin və yük reyslərini yerinə yetirmək, həmçinin kodlardan birgə istifadə haqqında müqavilələr bağlamaq hüququnun verilməsi barədə razılıq əldə ediblər.
Dostluq şəraitində keçən görüşə Azərbaycan və Yaponiya aviaşirkətlərinin nümayəndələri də qatılıblar. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08
Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13