Kolleclərə qəbul olmaq istəyənlərə ŞAD XƏBƏBR
Ölkə
28 İyul 2017 11:13

Kolleclərə qəbul olmaq istəyənlərə ŞAD XƏBƏBR


Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən, lakin əvvəlcədən elan olunmuş tarixlərdə qeydiyyatdan keçməyən cari ilin məzunları üçün “Abituriyentin elektron ərizəsi” qeydiyyat sistemi ixtisas seçimi bitənədək yenidən aktiv edilib.

Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumata görə, 9 illik təhsil bazasından kolleclərə qəbul olmaq üçün ixtisas seçimi avqustun 6-dək davam edəcək.

Ümumi (9 illik) orta təhsil bazasında buraxılış imtahanlarında iştirak etmiş və tələb olunan müsabiqə şərtlərini ödəmiş cari ilin məzunları avqustun 6-dək qeydiyyatdan keçib ixtisas seçimində iştirak edə bilərlər.

İxtisas seçiminə buraxılış imtahanında (hər iki mərhələ üzrə) ümumi balı 40-dan, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 19 avqust

Astroloji proqnoz - 19 avqust

19 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13