Dənizdə boğulanlarla bağlı şok - İki aya...
Ölkə
28 İyul 2017 11:14

Dənizdə boğulanlarla bağlı şok - İki aya...


Ölkəmizdə ilin yay mövsümü həm də dənizdə boğulanların ölümü ilə yadda qalır.

Ötən illərdə olduğu kimi, bu il də təəssüf ki, çimərkən boğulub dünyasını dəyişənlərin sayı az deyil. Ölənlər arasında xüsusilə azyaşlı uşaqların olması, ailələrin bir gündə iki övladını itirməsi ictimaiyyət üçün daha ağrılı oldu. 

Milli.Az qafqazinfo-ya istinadən iki ay ərzində dənizdə boğulanların statistikanı təqdim edir. 

Qeyd edək ki, statistika Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatlar əsasında hazırlanıb. 

Bu arada vurğulayaq ki, iyun ayında dənizdə boğulan 3 nəfər  olub. Onlardan ikisi qardaşdır. Belə ki,  2007- ci il təvəllüdlü Nihad Bayramov və qardaşı 2009- cu il Lətif Bayramov çimərkən boğulub.  

Həmin ayın sonunda isə fotomodel Günel Mirzəyeva dostları ilə yaxtada dincələrkən dənizdə boğulub. 

İyul ayında isə ötən aya nisbətən çoxsaylı ölümlər baş verib. 

Ayın 1-də Hüseyn Rəhimov və onun  dostu Səbinə Abıyeva çimərkən boğulub. 

İyulun 2-də Xaçmazda 45 yaşlı naməlum kişinin cəsədi dənizdən tapılıb.

İyulun 3-də isə Mingəçevirdə dincələn iki  polisin boğulması xəbəri medianın gündəm oldu. Onlar  1993- cü il təvəllüdlü  Qalib Novruzov  və 1991- ci il təvəllüdlü Şahlar Mamayevdir. 

İyulun 4-ü tarixi isə  4 nəfərin ölümü ilə yadda qaldı. Onlardan ikisi qardaşdır. Həmin şəxslər 1999-cu il təvəllüdlü Habil Quliyev və 1995-cı il təvəllüdlü Adil Quliyevdir. 2004- cü il təvəllüdlü Fizuli Əhmədovun isə cəmi 12 yaşı var idi. 1971-ci il təvəllüdlü Rövşən Hüseynov da boğulanlar sırasındadır. 

İyulun 5-də cəmi bir boğulma hadisəsi qeydə alınıb. Həmin şəxs 1996-cı il təvəllüdlü Orxan Məmmədovdur. 

İyulun 8-də  Saatlının Nərimankənd sakini Allahyarov Gülmusa dünyasını dəyişib.

İyulun 17-də isə ata və oğulun faciəsi baş verib. Hacıqabul sakinləri ata Bəxtiyar Ağavəlizadə, oğlu Fərid Qəhrəmanov çimərkən boğulublar.

İyulun 20-də Sabirabad sakini Nizam Şirəliyev vəfat edib. 

İyulun 24-də daha iki azyaşlı qardaşın faciəli ölümü baş verib. Onlar 12 yaşlı Zahid Əliyev və 9 yaşlı Amil Əliyevdir. 

Bu ayın son boğulma xəbəri isə iyulun 25-də baş  verib. Həmin şəxs 2000-ci il təvəllüdlü İdris İsmayılovdur. 

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 20 dekabr

Astroloji proqnoz - 20 dekabr

20 Dekabr 2017 00:13
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08