Putin nə dedi, Qarabağda müharibə, yoxsa sülh olacaq?
Digər
28 İyul 2017 11:22

Putin nə dedi, Qarabağda müharibə, yoxsa sülh olacaq?


İyulun 22-də Rusiya prezidenti Vladimir Putinlə Azərbaycanın dövlət başçısı İlham Əliyev arasında Soçidə baş tutan görüş hər iki ölkənin KİV-lərində müzakirə olunmaqdadır.

Metbuat.az xəbər verir ki, prezidentlər ikitərəfli münasibətlərdən tutmuş regional və dünya siyasəti ilə bağlı müzakirədə ikinci-üçüncü tərəflərin iştirakı olmadan üzbəüz danışıq formatını seçib.

Soçi görüşündə müxtəlif məsələlərin, həmçinin Dağlıq Qarabağ probleminin həlli istiqamətində müzakirələr olub.

 “Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putinin Soçidə keçirilən işgüzar görüşünün məhz Rusiya rəhbərinin təşəbbüsü ilə keçirilməsi mühüm əhəmiyyət kəsb edir”. 

Bu fikirləri politoloq Arzu Nağıyev Metbuat.az-a açıqlamasında bildirib.

“Verilən anonslar da göstərir ki, regional problemlərin istər iqtisadi, istərsə də siyasi və hərbi məsələlərin həllində Azərbaycan əhəmiyyətli bir partnyordur və söz sahibidir. Məlumdur ki, regionda istər iqtisadi layihələr, istərsə də hərbi-siyasi məsələlərin həlli nə Rusiya, nə də Azərbaycansız mümkün olmayacaq. Hərçənd ki, buna həm Ermənistan, həm də Rusiya rəhbərliyində təmsil olunan ermənipərəst və anti-Azərbaycan qüvvələr mane olacaqlar və olurlar. Ermənistan rəhbərliyinin bu ərəfədə Avropa və ABŞ-a meyillənməsi də digər şəkildə Rusiyaya mesajdır.

- Soçi görüşü Qarabağ danışıqlarını dalandan çıxaracaqmı?

"Təbii ki, görüşdə bizi maraqlandıran əsas məsələ dalana dirənmiş Dağlıq Qarabağ münaqişəsidir. Məlumdur ki, Rusiya ATƏT-in Minsk Qrupunda təmsil olunur, SSRİ-nin varisi kimi münaqişənin həllində açar fiqurdur və Ermənistana hərtərəfli təzyiq mexanizminə malikdir. Görüşdə də əsas məsələlərdən biri məhz münaqişənin həlli üçün atılacaq addımlarla bağlı olub. Məhz iki dövlət başçısının bu məsələni təklikdə müzakirə etməsi mühüm məqamdır və düşünürəm ki, bu öz töhfəsini verəcək. Əsas məqamlardan biri də İlham Əliyevin bu görüşdən öncə Tillerson və Ərdoğanla keçirdiyi görüşlərdir. Xatırladaq ki, bir müddət öncə Azərbaycan prezidenti Türkiyədə keçirdiyi həmin görüşlərdə Qarabağla bağlı Bakının dəyişməyən mövqeyini bir daha bəyan edib. Azərbaycan növbəti dəfə öz sözünü dedi, xəbərdarlığını etdi, qalır düşmənin və beynəlxalq birliyin nəticə çıxarması”.

Kilsədə alt paltarındakı bu görüntülərə görə həbs oluna bilər - FOTOLAR-Oxumaq üçün tıkla

 Aytən Novruzova / Metbuat.az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Mazolu bir gündə sağaldan

Mazolu bir gündə sağaldan

21 Avqust 2017 18:02
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08