Məşhur futbolçu İnstagram-da foto paylaşdı, villası qarət olundu - FOTO
Maraqlı
28 İyul 2017 11:24

Məşhur futbolçu İnstagram-da foto paylaşdı, villası qarət olundu - FOTO


İngiltərə yığması və "Çelsi"nin sabiq kapitanı Con Terrinin evi qarət olunub.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 36 yaşlı məşhur futbolçunun İngiltərənin Surrey qraflığındakı Okshottdakı lüks malikanəsinə soxulan quldurlar oradan 400 min funt-sterlinq dəyərində aksessuarlar, çantalar, zinət əşyaları və s. aparıblar.

Polis olayla bağlı operativ əməliyyata başlaynıb. Axtarışlar nəticəsində quldurlar - Darren İstau, Coşua Şumer, Roy Hed və Oliver Hart tutulublar.

Polisdən verilən məlumata görə, qarətə "səbəb" Con Terrinin İnstagram-da paylaşdığı son video və fotolardır.

Hazırda 35 yaşlı Toni ilə birlikdə Fransız Alplarında istirahət edən C.Terri qarlı yamacda çəkdiyi video və fotoları İnstagram profilində paylaşmışdı.

Qulodurlar da bu paylaşmaları görərək Terrinin istirahətdə olduğunu anlayıblar və dərhal futbolçunun 5 milyon funtluq malikanəsinə yollanıblar.

Con Terri hazırda "Aston Villa"nın müdafiəçisidir. Klub premyer liqaya qayıtmaq üçün Terriyə böyük ümid bağlayır.

Milli.Az















loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13