İmtahan verən abituriyentlər üçün
Digər
28 İyul 2017 11:42

İmtahan verən abituriyentlər üçün


Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 27-də keçirilən qəbul imtahanında iştirak edən abituriyentlər üçün Apelyasiya Komissiyası fəaliyyətə başlayıb.

Mərkəzdən Metbuat.az-a verilən məlumata görə, Komissiya iyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahan zamanı təxliyə olunan və buna görə də iyulun 27-də imtahan verən abituriyentlərin istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar müraciətlərinə baxacaq.

Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

Abituriyentlər Apelyasiya Komissiyasına bu gün saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Apelyasiya Komissiyasının işi başa çatdıqdan sonra imtahanlarla bağlı heç bir müraciətə baxılmır.

Rezidenturaya imtahan verənlərin - DİQQƏT! - Oxumaq üçün tıkla

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Avqustun 21-nə olan

Avqustun 21-nə olan

21 Avqust 2017 00:22