Yadplanetlilərlə bağlı İNANILMAZ TAPINTI... - FOTOLAR
Maraqlı
28 İyul 2017 11:48

Yadplanetlilərlə bağlı İNANILMAZ TAPINTI... - FOTOLAR


Kerç yarımadası - Krım yarımadasının şərq hissəsi - şimalda Azov dənizi, şərqdə Kerç boğazı, cənubda Qara dənizlə əhatələnir.

Kerç yarımadasında, Yakovenkovo qəsəbəsində, Qız-Aul antik nekropolunda Arxeologiya fondunun işçiləri maraqlı tapıntılar aşkar ediblər.

Publika.az bildirir ki, üç həftə ərzində görülən işin nəticəsi olaraq, eramızın 2-ci əsrinə aid məzarlıq tapılıb. Tapıntının unikallığı ondadır ki, barbar ənənələrilə dəfn olunan körpələrin kəllə sümüyünün forması normal insan kəllə sümüyündən tamamilə fərqlənir.

Arxeologiya fondunun direktoru Oleq Markov qeyd edir ki, məzarlıq o qədər qəribədir ki, ekspedisiya iştirakçıları onu dərhal "yadplanetlinin qəbri" adlandırıb. Skeletin yanında qəribə materialdan ibarət şüşəyəbənzər qab, xırda muncuq və sağ ələ taxılmış mislə qatışığı olan əcaib qolbağ var. Qəbir sadəcə torpaqdan ibarətdir, yəni basdırılarkən daş piltələrdən istifadə olunmayıb. Skeletdən o da bəlli olur ki, meyit üzü şərqə tərəf qoyulub.

Antropoloqun fikrincə, bu tapıntı insandırsa, o zaman oğlan uşağıdır və ölüm anında onun uzağı 1.5 yaşı vardı. Ola bilsin ki, kəllə sümüyünün uzunsovluğu, qəribəliyinin səbəbi odur ki, o, doğulandan dərhal sonra deformasiyaya məruz qalıb. "Yadplanetli" aşkarlanan bu məzarlıqda eramızdan əvvəl I əsrdən eramızın III əsrinə qədər olan qəbirlərə rast gəlinir.

Mütəxəssislərin fikrincə, kəllə sümüyünün deformasiyası, çox güman ki, onun hansısa bir qrupa mənsub olduğunu da istisna etmir. Əlbəttə, bu cür kəllə sümükləri “yadplanetlilərlə kontakt” tərəfdarları üçün təkzibedilməz sübutdur. Onlar zaman-zaman öz nəzəriyyələrini isbat etməyə çalışırlar ki, qədim insanlar gəlmələrlə təmas edib. İndi bu cür tapıntılar onlar üçün göydəndüşmə fürsət hesab olunur.

Yeri gəlmişkən, bəzi tədqiqatçıların fikrincə, kəllə formasının bu cür deformasiyası insan xarakterinin dəyişməsinə də səbəb olur, məsələn, aqressivliyi yüksəldir.

Zaur H.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 19 yanvar

Astroloji proqnoz - 19 yanvar

19 Yanvar 2018 00:08
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08